Qarabağda daha 2 erməni əsgəri öldü
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu gün saat 11:30 radələrində 2000-ci il təvəllüdlü Tiqran Manvelyan aldığı güllə yarasından ölüb. Onun ölüm səbəbi araşdırılır.
Qeyd edək ki, cari ilin 1 yanvar tarixindən fevralın 9-dək olan müddətdə Ermənistan ordusunun 8 əsgəri ölüb. Onların hamısı qeyri-döyüş şəraitində həyatlarını itiriblər.
Anar Kəlbiyev
Azvision.az