"Sasna tsrer" yenidən etirazlara başladı - VİDEO

  12 Fevral 2020    Oxunub : 1871
 "Sasna tsrer" yenidən etirazlara başladı - VİDEO
Ermənistandakı "Sasna tsrer" qrupunun tərəfdarları İrəvan-Gümri yolunu bağlayaraq, Armen Bilyan və Smbat Barseqyanın sərbəst buraxılmasını tələb ediblər.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, onlar, həmçinin hakimiyyətdən ədliyyə sahəsində islahatlar aparmağı tələb ediblər.

“Armen Bilyan və Smbat Barseqyan qatil deyillər, onlar öz qanuni hüquqlarından istifadə edərək üsyan qaldırdılar. Bu, hər bir vətəndaşın mənəvi haqqıdır", - deyə “Sasna tsrer”in tərəfdarları bildirib.



Xatırladaq ki, 2016-cı ildə "Sasna tsrer" adlandıran qruplaşmanın üzvlərindən ibarət silahlı şəxslər İrəvanın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçirib. Onlar qanunsuz yolla silah əldə etməkdə və saxlamaqda ittiham edilən müxalifət lideri Jirayr Sefilyanın həbsdən azad olunmasını tələb ediblər. Qruplaşma üzvləri əvvəlcə binada olan hüquq-mühafizə orqanlarının əməkdaşlarını, sonra danışıqlar üçün hadisə yerinə gələn Ermənistan polis rəisinin müavini Vartan Yegiazaryan və İrəvan polisinin rəis müavini Valeri Osipyanı girov götürüb.

Hadisə nəticəsində üç nəfər həlak olub, bir neçə nəfər, o cümlədən təcili yardım xidmətinin həkimləri uzun müddət girov saxlanılıblar. Həbsdə olan "Sasna tsrer"in liderlərindən biri, Qarabağ müharibəsinin iştirakçısı Araik Xandoyan bir neçə il əvvəl ölüb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Etiraz