Azərbaycanda 18 min manat pensiya alan var

  Azərbaycanda 18 min manat pensiya alan var
  12 Fevral 2020    Oxunub:3922
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli şəxsi "Facebook" hesabında pensiya sistemi ilə bağlı statistik məlumatlar paylaşıb.
Azvision.az xəbər verir ki, nazirlik rəsmisi pensiyanın 3 halda təyin olunduğunu bildirib:

1. Şəxs pensiya yaşına çatdıqda -yaşa görə pensiya
2. Şəxs əmək qabiliyyətini itirdikdə - əlilliyə görə pensiya
3. Şəxs vəfat etdikdə - Ailə başçısını itirməyə görə pensiya

O, ümumi pensiyaçıların sayının 1,280,000 milyon nəfər olduğunu deyib. Bu isə ölkə əhalisinin 13%-ini təşkil edir:

1. Yaşa görə pensiyaçılar - 750,000 (pensiyaçıların 60%-i)
2. Əlilliyi görə pensiyaçılar - 380,000 (pensiyaçıların 30%-i)
3. ABİ-yə görə pensiyaçılar - 150,000 (pensiyaçıların 10%-i)

Pensiya məbləğləri:

1. Minimum pensiya məbləği - 200 manat
2. Orta pensiya məbləği - 300 manat
3. Maksimum pensya məbləği - 18,208 manat

Pensiya artımı üzrə indeksasiya:

1. 2017-ci il üzrə - 5.7% artım
2. 2018-ci il üzrə - 3% artım
3. 2019-cu il üzrə - 16.6% artım

Mustafa Abbasbəylinin sözlərinə görə, pensiya heç də həmişə 200 manat olmur. Hazırda aylıq 18,208 manat pensiya alan şəxs var.

Azvision.az


Teqlər: Pensiya  





Xəbər lenti