Vahid elektron arxiv məlumat sistemi yaradılacaq

   Vahid elektron arxiv məlumat sistemi yaradılacaq
  13 Fevral 2020    Oxunub:3069
Azərbaycanda vahid elektron arxiv məlumat sistemi yaradılacaq.
Azvision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Sənədə əsasən, Milli Arxiv İdarəsi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2020–2025-ci illərdə arxiv işində İKT tətbiq etməklə vahid elektron arxiv məlumat sisteminin yaradılmasını təmin etməlidir.

Azvision.az


Teqlər: Arxiv   Məlumat   Sistem   Sərəncam  





Xəbər lenti