Aprel şəhidinin doğum günüdür

  13 Fevral 2020    Oxunub : 1749
Aprel şəhidinin doğum günüdür
Bu gün Aprel döyüşlərində şəhid olan əsgər Elvin Mirzəyevin doğum günüdür.
Azvision.az -ın məlumatına görə, Elvin Azadxan oğlu Mirzəyev 1994-cü il fevralın 13-də Xaçmaz rayonunda anadan olub. Elvin üç qardaşından sonra evin sonbeşiyi idi. O, Çingiz Abdullayev adına 2 saylı tam orta məktəbi bitirdikdən sonra 2011-ci ildə Azərbaycan Texniki Universitetinin Energetika fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.

2016-cı il Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Aprelin 9-da şəhid Mirzəyev doğulduğu Xaçmaz rayonunda dəfn edilib.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Azvision.az

Teqlər: Şəhid   ElvinMirzəyev