“ASAN xidmət” mərkəzlərinin sayı 17-yə çatdı

“ASAN xidmət” mərkəzlərinin sayı 17-yə çatdı
  13 Fevral 2020    Oxunub:4585
Ötən gün Kürdəmir “ASAN xidmət” mərkəzi istifadəyə verilib.
Azvision.az xəbər verir ki, bununla da Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin sayı 17-yə çatıb.

Onlardan 5-i paytaxt Bakıda, digər 12-si isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı və Kürdəmirdə yerləşir.

Qeyd edək ki, bu il Ağcabədi, Tovuz, Balakən və Bakı şəhərində "ASAN xidmət" mərkəzlərinin açılması nəzərdə tutulur. Cari ildə, həmçinin Sumqayıt və Gəncədə əlavə "ASAN xidmət" mərkəzi tikiləcək. Eyni zamanda, Salyan və Lənkəranda da "ASAN Xidmət" mərkəzlərinin tikintisinə başlanılacaq.

Ümumilikdə isə 2021-ci ilə qədər ölkə üzrə “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASANxidmət   Mərkəz  





Xəbər lenti