Məktəblərdə qida təhlükəsizliyi ilə bağlı monitorinqlər keçirilir

  13 Fevral 2020    Oxunub : 1610
Məktəblərdə qida təhlükəsizliyi ilə bağlı monitorinqlər keçirilir
"Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Təhsil Nazirliyi ilə birgə orta təhsil müəssisələri və ali məktəblərdə qida təhlükəsizliyi ilə əlaqədar monitorinqlər keçirir".
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

Q.Təhməzli bildirib ki, Azərbayacan qida təhlükəsizliyinə görə dünyada ən mötəbər yerlərdən birini tutur: "Azərbaycanda qidadan zəhərlənmə dünyada ən aşağı səviyyələrdən birini tutur. Ölüm faktı isə hətta Aİ ölkələridən də aşağıdır".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: AQTA