MOİK təmsilçimiz ikiqat Avropa çempionu olub

MOİK təmsilçimiz ikiqat Avropa çempionu olub
  13 Fevral 2020    Oxunub:2074
İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının ikinci yarış günündə - fevralın 11-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçisi baş leytenant Rafiq Hüseynov çətinlik çəkmədən əvvəlcə niderlandlı güləşçiyə qalib gəlib. İsveç təmsilçisi ilə görüşdən də üstünlüklə ayrılan güləşçimiz yarımfinala yüksəlib.



Növbəti görüşdə italiyalı rəqibinə qalib gələn MOİK təmsilçisi R.Hüseynov doqquz illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb.Fevralın 12-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində təsəlliverici görüşlər, axşam seansında isə medal qarşılaşmaları keçirilib.

Finalda 82 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz R.Hüseynov həlledici qarşılaşmada Bolqarıstan idmançısı Daniel Tixomirov-Aleksandrov ilə üz-üzə gələrək onu 2:1 hesabı ilə məğlub edib.
Beləliklə yunan-Roma güləşçimiz R.Hüseynov qızıl medal qazanaraq ikiqat Avropa çempionu adına sahib olub.



Azvision.az


Teqlər: MOİK   Güləş  





Xəbər lenti