Seçki dairələrindən birinin nəticələri ləğv edildi - YENİLƏNİB

Seçki dairələrindən birinin nəticələri ləğv edildi -  YENİLƏNİB
  13 Fevral 2020    Oxunub:8732
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləqan Dairə Seçki Komissiyasının nəticələrinin ləğv olunması barədə müraciətə baxılıb.
Azvision.az -ın məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, dairədə həqiqətən qanun pozuntuları aşkar edilib. Belə ki, seçki günü seçki qutularına topa bülletenlərin atılması, protokolların təqdim edilməməsi faktları qeydə alınıb.

A.Muxtarova pozuntu hallarını nəzərə alaraq dairənin nəticələrinin ləğv olunmasını təklif edib.

MSK təklifi səsə qoyaraq qəbul edib və 80 saylı Dairə Seçki Komissiyasının nəticələri ləğv olunub.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti