İlyas Umaxanov İlham Əliyevi təbrik edib

  13 Fevral 2020    Oxunub : 1558
 İlyas Umaxanov İlham Əliyevi təbrik edib
Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

“Çox hörmətli İlham Heydər oğlu.

Sizin başçılıq etdiyiniz Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Səsvermənin nəticələri Sizin yüksək nüfuzunuzun, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində işlədiyiniz illər ərzində apardığınız islahatlara və qazandığınız sanballı nailiyyətlərə ölkə vətəndaşlarının şəksiz inamı və etimadının təzahürüdür.

Əminəm ki, biz seçkilərin nəticələrinə əsaslanaraq qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələrini bütün sahələrdə, o cümlədən parlamentlərarası səviyyədə bundan sonra da ənənəvi dostluq və qarşılıqlı anlaşma ruhunda inkişaf etdirəcəyik.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar, Azərbaycan vətəndaşlarına isə sülh və əmin-amanlıq arzu edirəm”.

Azvision.az

Teqlər: İlham-Əliyev   Prezident   Təbrik