Rəsmi saytların yeni reytinqi - SİYAHI

Rəsmi saytların yeni reytinqi - SİYAHI
  24 Dekabr 2013    Oxunub:3593
Media Hüququ İnstitutu dövlət qurumlarının internet saytlarının monitorinqinin nəticələrini özündə əks etdirən “Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı”nın təqdimatını keçirib.

Qiymətləndirmənin yekunlarına görə, informasiya açıqlığını əks etdirən reytinq cədvəlində 56%-lə birinci yerdə Azərbaycan Respublikasının Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Vergilər Nazirliyinin və Dövlət Neft Fondunun rəsmi saytları olub.

Reytinq cədvəlində 2-ci yeri Baş Prokurorluğun (55%), 3-cü yeri isə Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə yanaşı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytları tutub. Həmin saytların informasiya açıqlığı səviyyəsi 52% olub.

Hesabat “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu ilə bilgi sahibi hesab olunan 67 dövlət qurumunun internet saytlarının monitorinqi əsasında hazırlanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti