MSK Hadi Rəcəblinin nəticələrini ləğv etdi - YENİLƏNİB

  13 Fevral 2020    Oxunub : 19132
MSK Hadi Rəcəblinin nəticələrini ləğv etdi - YENİLƏNİB
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 74 saylı Lənkəran Kənd Dairə Seçki Komissiyasının nəticələrinin ləğv olunması barədə müraciətə baxılıb.
Azvision.az xəbər verir ki, müraciətlə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, daxil olmuş müraciət barədə araşdırmalar aparılıb: "Bəlli olub ki, seçkiyə müdaxilə halları öz əksini tapıb. Yekun protokollarda seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar müəyyən olunub. Bu pozuntular nəzərə alınaraq dairənin nəticələrinin ləğv olunması qanuna müvafiqdir".

MSK müraciəti səsverməyə çıxararaq dairənin nəticələrinin ləğv olunması barədə qərar qəbul edib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar açıqladığı ilkin nəticələrə əsasən, 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin lider namizədi Hadi Rəcəbli idi.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Hadı-Rəcəbli