Məzahir Pənahov seçkidən video yayanlara təşəkkür etdi

  13 Fevral 2020    Oxunub : 4612
 Məzahir Pənahov seçkidən video yayanlara təşəkkür etdi
Səsvermə günü baş vermiş pozuntuların 90-95 faizi sosial şəbəkələrdə yayılan görüntülərdir.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, sosial şəbəkələrin bu cür istifadə olunması yaxşı ənənədir: "İnsanlar müşahidə etdiyi məlumatı sosial şəbəkəyə yerləşdirir və biz də onu əsas götürürük. Sosial şəbəkələrdə neqativ hallarla bağlı paylaşım edən şəxslərə, blogerlərə təşəkkür edirəm. Heç bir şikayət video görüntüləri əvəz edə bilməz".

MSK sədri əlavə edib ki, seçki məntəqələrində müşahidəçinin ancaq seçkini müşahidə etmək və qanun pozuntusu varsa, bunu qeyd edib, məntəqə seçki komissiyasının sədrinə təqdim etmək hüququ var.

“Məntəqədə komissiyaya göstəriş vermək müşahidəçinin hüququ deyil. Məntəqələrin çoxunda müşahidəçilər qanun pozuntularına yol verib. Bu pozuntular cinayət tərkibi ola biləcək pozuntulardır".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Məzahir-Pənahov