Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Minkə kənd sakini Səbuhi Həsənovdan “İJ-18”, Aşağı Zərnava kənd sakinləri-Zinhar Allahverdiyevdən “İJ”, Qədir Adıgözəlovdan “Tula”, Elçin Pənahovdan “TOZ-63” , Yenikənd kənd sakinləri Bəxtiyar və Sədri Bəbirovların hərəsindən 1 ədəd “TOZ-63” markalı müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb.
hHəmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.
Azvision.az