Çindən Türkiyəyə gətirilən azərbaycanlıların karantin müddəti başa çatıb

  14 Fevral 2020    Oxunub : 2270
 Çindən Türkiyəyə gətirilən azərbaycanlıların karantin müddəti başa çatıb
Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarə ilə Çinin Uhan şəhərindən təxliyə edilən 42 nəfərin heç birində koronavirus aşkarlanmayıb.
Azvision.az “Yeni Şafak”a istinadən xəbər verir ki, onlar 14 günlük karantin müddəti başa çatdıqdan sonra xəstəxanadan evə buraxılıblar.

Xatırladaq ki, fevralın 1-də təxliyə edilən 42 nəfər arasında 6 Azərbaycan vətəndaşı, eyni zamanda Gürcüstan və Albaniya vətəndaşları da olub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Azərbaycan   Çin   Uhan