Ötən il 141 mindən çox körpə doğulub

Ötən il 141 mindən çox körpə doğulub
  14 Fevral 2020    Oxunub:2085
Ötən il Azərbaycanda 141 min 179 körpə doğulub. Bu göstərici əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə 14,2-dən 14,3-ə qədər artıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumat görə, körpələrdən 3356-sı əkiz, 108-i üçəm, 8-i isə dördəm doğulanlardır. Əhalinin hər 1000 nəfərinə doğum Dağlıq Şirvan (16,7), Kəlbəcər-Laçın (16,0), Aran (15,6), Quba-Xaçmaz (15,5), Lənkəran (15,4) və Yuxarı Qarabağ (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən (14,3) yüksək olub.

Həmçinin bildirilib ki, ötən il ölkədə 55 min 916 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti