“Azərbaycanla bərpa olunan enerji məsələsini müzakirə edirik” - İsrail səfiri

“Azərbaycanla bərpa olunan enerji məsələsini müzakirə edirik” -  İsrail səfiri
  14 Fevral 2020    Oxunub:2143
İsrailin Azərbaycandakı səfiri Corc Dik Energetika naziri Pərviz Şahbazovla görüşüb.
Azvision.az səfirliyin “Twiter” səhifəsinə istinadən xəbər verir ki, diplomat görüşün yaxşı keçdiyini, bərpa olunan enerji sahəsində əməkdaşlığın müzakirə olunduğunu vurğulayıb.

“İsrail və Azərbaycan arasında münasibətləri əla edən nədir? İnkişaf etmək imkanı – keçmişdə biz nefti müzakirə edirdiksə, indi görüşlərimiz bərpa olunan enerjiyə həsr olunur”, - deyə məlumatda qeyd edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İsrail   Nazir   Səfir   Görüş  





Xəbər lenti