Prezident Avropa İttifaqının komissarı ilə görüşdü - YENİLƏNİB

 Prezident Avropa İttifaqının komissarı ilə görüşdü -  YENİLƏNİB
  15 Fevral 2020    Oxunub:4228
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə Avropa İttifaqının büdcə və administrasiya məsələləri üzrə komissarı Yohannes Han ilə görüşü olub.
Azvision.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında gündəlikdə duran cari məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində uğurlu əməkdaşlıq etdiyi vurğulandı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.





Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti