“Münaqişə yalnız mərhələli qaydada həllini tapmalıdır” - Prezidentin köməkçisi
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrini xatırladan Hikmət Hacıyev vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız mərhələli qaydada həllini tapmalıdır. Çünki bu münaqişənin ortaya çıxardığı və həllini gözləyən mühüm məqamlar var. Bunun üçün, ilk növbədə, işğalçı Ermənistanın hərbi qüvvələri Dağlıq Qarabağ da daxil olmaqla, işğal altında saxlanılan bütün Azərbaycan ərazilərini tərk etməlidir. Sonra bu bölgələrdən məcburi köçkün azərbaycanlılar öz yerlərinə qayıtmalıdırlar. Əgər bu baş verərsə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hüquqi cəhətdən həyata keçirilmiş olar.
Azvision.az
Teqlər: Hikmət-Hacıyev Prezidentin-köməkçisi