Qubada 19 yaşlı oğul atasını öldürdü

Qubada 19 yaşlı oğul atasını öldürdü
  15 Fevral 2020    Oxunub:6585
Quba rayonunda qətl törədilib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb. Aralarında yaranan şəxsi münaqişə zəminində 2001-ci il təvəllüdlü Şükürov Mətləb Bəşarət oğlu atası Şükürov Bəşarət Ramazan oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: Quba   Qətl   Ata   Oğul   Cinayət  





Xəbər lenti