İsmayıllıda dələduz “vəkil” saxlanıldı - FOTO

 İsmayıllıda dələduz “vəkil” saxlanıldı -  FOTO
  15 Fevral 2020    Oxunub:3063
İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, eləcə də barəsində axtarış elan olunmuş Göyçay şəhər sakini Pünhan Qurbanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az-a verilən verilən məlumata görə, P.Qurbanovun ətrafında aparılan araşdırmalarla onun İsmayıllı, Şirvan, Mingəçevir, Ağdaş, Abşeron rayonlarında ayrı-ayrı vətəndaşlara özünü vəkil kimi təqdim edərək işə düzəltmək, əlillərə veriləcək avtomobil növbəsində adlarının irəli çəkdirəcəyinə və başqa vədlər verib inandıraraq onlara qarşı dələduzluq edib, xeyli məbləğdə maddi ziyan vurduğu müəyyən olunub.

Onun digər şəhər və rayonlarda da analoji cinayətlər törətdiyi istisna edilmir.

Əgər P.Qurbanovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzi xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər və ( 050 ) 280-45-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



Azvision.az


Teqlər: İsmayıllı   DİN  





Xəbər lenti