Qarabağda erməni zabit özünü güllələyib

  15 Fevral 2020    Oxunub : 1969
Qarabağda erməni zabit özünü güllələyib
Ermənistan İstintaq Komitəsində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində erməni hərbçinin ölümü ilə bağlı cinayət işi açılıb.

Azvision.az xəbər verir ki, İstintaq Komitəsinin yaydığı məlumatda fevralın 14-də, saat 19:30 radələrində hərbi hissələrdən birində xidmətdə olan leytenant Ayk Asryanın öldüyü bildirilib.
1997-ci il təvəllüdlü hərbçi alın nahiyəsindən ölümcül güllə yarası alıb. Onun intihar etdiyi güman edilir.

Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 110-cu maddəsinin 1-ci hissəsi (intihar həddinə çatdırmaq) ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, cari il ərzində Ermənistan ordusunun 13 hərbi qulluqçusu ölüb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ   İntihar   Hərbçi