Azərbaycanda 9 ildə 127 mindən çox ailə boşanıb

 Azərbaycanda 9 ildə 127 mindən çox ailə boşanıb
  15 Fevral 2020    Oxunub:2493
Ötən il ölkəmizdə 17148 boşanma faktı qeydə alınıb.
Azvision.az rəsmi məlumatlar əsasında Azərbaycanda son 9 il ərzində baş verən boşanma hallarının statistikasını araşdırıb. Məlum olub ki, 2010-cu ildən 2019-cu ilə qədər boşanmaların sayında artım müşahidə edilib.

Belə ki, 2010-cu ildə boşanma hallarının sayı 8,9 min, 2011-ci ildə 10,7 min, 2012-ci ildə 11 min, 2013 ildə 11,7 min, 2014-cü ildə 12,1 min, 2015-ci ildə 12,8 min, 2016-ci ildə 13,1 min, 2017-ci ildə 14,5 min, 2018-ci ildə isə 14,8 min olub. Ümumilikdə isə 9 ildə 127 mindən çox ailə boşanıb.

Boşanmalara əsas səbəb kimi xəyanət, ailədaxili münaqişələr, xarakteri uyğun olmayan insanların kənar şəxslərin təzyiqi ilə izdivac qurması və digər amillər göstərilir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Boşanma   Statistika  





Xəbər lenti