Prezident litvalı həmkarını təbrik edib

Prezident litvalı həmkarını təbrik edib
  15 Fevral 2020    Oxunub:2260
Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısı təbrikdə Azərbaycan-Litva dostluq münasibətlərinin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Prezident İlham Əliyev bu münasibətlərin bütün sahələrdə qarşılıqlı faydalı şəkildə genişlənməsinin bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəyinə inandığını qeyd edib.

Prezident İlham Əliyev Prezident Gitanas Nausedaya möhkəm cansağlığı, işlərində uğurlar, Litva xalqına sülh və rifah arzulayıb.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti