MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib
  16 Fevral 2020    Oxunub:2301
Fevralın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclasda fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb.

Seçki qanunvericiliyində nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub. Komissiya seçkilərlə əlaqədar müxtəlif mənbələr üzrə başlatdığı geniş, hərtərəfli və şəffaf araşdırma prosesi istiqamətindəki qəti mövqeyini və qərarlılığını bir daha bildirərək, ictimaiyyət nümayəndələrini və kütləvi informasiya vasitələrini bu işdə yaxın əməkdaşlığa səsləyib.

Seçkilərin müşahidəsinə qatılan beynəlxalq təşkilatların və kütləvi informasiya informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Azvision.az



Teqlər: MSK  





Xəbər lenti