Türkiyə KİV-ləri İlham Əliyevin Paşinyanı çətin vəziyyətə salmasından yazır - FOTOLAR
Prezident İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir”, -fikri məlumatlarda əksini tapıb. Həmçinin KİV Prezident İlham Əliyevin sadaladığı təcavüzkar Ermənistanın işğalçılıq siyasətini ifşa edən digər faktlardan - Azərbaycan ərazisinin iyirmi faizinin işğalda saxlanılması, bir milyondan çox azərbaycanlının öz yurdundan didərgin düşməsi, Xocalı soyqırımı və s. bəhs edib.
Türkiyə KİV-ləri Paşinyanın Prezident İlham Əliyev qarşısında çətin vəziyyətdə qaldığını qeyd edir.
Məlumatlarda, həmçinin Ermənistan baş nazirinin ziddiyyətli, bir-birini təkzib edən ifadələrinə də yer verilib. Bura, baş nazirin işğal olunmuş ərazilərimizdə Ermənistanın yox, Dağlıq Qarabağ ordusunun mövcud olması, lakin onun oğlunun bu bölgədə hərbi xidmət keçməsi barədə fikirləri də daxildir. (AzərTAc)
Azvision.az
Teqlər: Türkiyə Prezident İlham-Əliyev Paşinyan