Seysmoloji Mərkəz: “Təşviş yaratmağa ehtiyac yoxdur”

  16 Fevral 2020    Oxunub : 2508
 Seysmoloji Mərkəz: “Təşviş yaratmağa ehtiyac yoxdur”
"Təşviş yaratmağa ehtiyac yoxdur. Bu gün qeydə alınan hər iki zəlzələ zəif zəlzələdir. Şamaxıda qeydə alınan zəlzələ hiss olunmayıb (ml=3.0), bir neçə dəqiqə əvvəl Lənkəran-Lerik sərhədində qeydə alınan zəlzələ (ml=3.5) Lerikdə 3 bala qədər hiss olunub".
Azvision.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RXSM) Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı gün ərzində ölkə ərazisində baş verən zəlzələlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hər iki zəlzələ zəif olub: "Hər iki təkanda dərinlik Yer səthinə yaxındır. Şamaxıda dərinlik 4 kilometr, Lənkəran-Lerik sərhədində 10 kilometrdir. Nəzərə almaq lazımdır ki, hər iki rayon seysmik aktiv bölgədə yerləşir və belə bölgələrdə vaxtaşırı hiss olunan və hiss olunmayan təkanların qeydə alınması mümkündür".

Azvision.az

Teqlər: Zəlzələ