Bakıda itkin düşən 3 nəfər tapıldı

   Bakıda itkin düşən 3 nəfər tapıldı
  17 Fevral 2020    Oxunub:1598
Ötən gün paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 28 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, onlardan 9-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Müvafiq əməliyyat-axtarış tədbirləri ilə oğurluq üzrə 20, narkotiklərlə əlaqəli 2, soyğunçuluq üzrə 1 fakt müəyən olunaraq, açılması təmin olunub.

İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Bakı   Cinayət  





Xəbər lenti