Ermənistanın 13 hərbçisi ölüb - Düşmən tərəfi etiraf edir

  17 Fevral 2020    Oxunub : 7290
Ermənistanın 13 hərbçisi ölüb - Düşmən tərəfi etiraf edir
Cari ilin yanvar ayının 1-dən bu günədək Ermənistan ordusunun 13 hərbi qulluqçusu ölüb.
Azvision.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilib ki, ölümlərin hamısı naməlum şəraitdə qeydə alınıb.

"Ölüm halları komandanlıq heyətinin müddətdən artıq xidmət edən hərbi qulluqçular (MAXE) və əsgərlər üzərində nəzarəti itirməsi ilə əlaqədardır. Ermənistanda və Dağlıq Qarabağ ərazisindəki hərbi hissələrin əksəriyyətində eyni vəziyyət hökm sürür", - deyə erməni KİV-ləri orduda vəziyyətin acınacaqlı olduğunu diqqətə çatdırıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Erməni   Hərbçi   Ölüm