“Paşinyan çıxışı ilə göstərdi ki, onun tarixi biliyi yoxdur” - Tarixçi alim

  17 Fevral 2020    Oxunub : 1688
 “Paşinyan çıxışı ilə göstərdi ki, onun tarixi biliyi yoxdur” - Tarixçi alim
“Münhen Təhükəsizlik Konfransında keçirilən debatda Ermənistanın baş naziri Nikol Paşinyanın söylədiklərinin heç bir tarixi faktoloji əsası yoxdur”.

Bunu Azvision.az-a açıqlamasında tarixçi alim, deputat Musa Qasımlı deyib. Onun sözlərinə görə, Münhendə tarixi saxtalaşdırmağa çalışan Paşinyanın “Böyük Tiqranın dövründə regionda yalnız iki millət var idi: ermənilər və gürcülər” deyə səsləndirdiyi fikir tamamilə yalan üzərinə qurulub və heç bir tarixi fakta əsaslanmır.
M.Qasımlı bəyan edib ki, tarixdə "Böyük Ermənistan" deyilən anlayış olmayıb: “Bu, ermənilərin uydurmasıdır. İndiki Dağlıq Qarabağ ərazisi erməni etno-mədəni arealına daxil olmayıb. Ermənilər Cənubi Qafqaza Çar Rusiyası tərəfindən köçürülüb və məskunlaşdırılıblar. Paşinyan çıxışı ilə göstərdi ki, onun tarixi biliyi yoxdur, sıfır səviyyəsindədir. Əgər Paşinyan gerçəkliyi bilmək istəyirsə, Çar Rusiyası dövründə çap olunan xəritələrə, o cümlədən 1903-cü il xəritəsinə baxa bilər. Həmin xəritədə erməni dilində nəsə və ya erməni toponimi varmı? Təbii ki, yoxdur, çünki ermənilər Cənubi Qafqaza gəlmədirlər və onlar burada heç bir qurucu iz qoymayıblar. Ona görə də Paşinyanın söylədikləri cəfəngiyyatdan başqa bir şey deyil”.



Qeyd edək ki, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan iştirak ediblər. Çıxışını yalan və saxta məlumatlar üzərində quran Paşinyan Prezident İlham Əliyevin səsləndirdiyi tarixi faktlar və tutarlı arqumentlər qarşısını aciz duruma düşüb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Musa-Qasımlı   Tarix