MSK-nın növbəti iclası başladı

  17 Fevral 2020    Oxunub : 1595
 MSK-nın növbəti iclası başladı
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.
Azvision.az xəbər verir ki, iclasda Milli Məclisə seçkilərlə əlaqədar daxil olan müraciətlərə baxılır.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Daxil olan digər müraciətlər isə baxılması üçün Dairə Seçki Komissiyalarına (DSK) geri göndərilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   İclas