Aprel şəhidi Mahir Mirzəyevin doğum günüdür - FOTO

  17 Fevral 2020    Oxunub : 1233
Aprel şəhidi Mahir Mirzəyevin doğum günüdür - FOTO
Bu gün aprel döyüşlərində şəhid olan əsgər Mahir Mirzəyevin doğum günüdür.
Azvision.az -ın məlumatına görə, Mahir Mirzəyev 17 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Nərimanov rayonundakı 36 saylı məktəbi əla qiymətlərlə başa vuran Mirzəyev Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "İqtisadiyyat və sənaye" fakültəsinə daxil olub. 2015-ci ildə İqtisad Universitetini müvəffəqiyyətlə bitirib, Qafqaz Universitetinin magistr şöbəsinə daxil olub. Bundan sonra hərbi xidmətə yola düşüb.

Mahir Mirzəyev aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Şəhid əsgər aprelin 9-da Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.





Azvision.az

Teqlər: Şəhid   MahirMirzəyev