Çindən gələn 2 tələbə xəstəxanadan evə buraxıldı

Çindən gələn 2 tələbə xəstəxanadan evə buraxıldı
  18 Fevral 2020    Oxunub:2518
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində olan iki tələbə dünən evinə buraxılıb. Onların səhhətində hər hansı bir problem aşkarlanmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq. Onun vəziyyəti normaldır, heç bir şikayəti yoxdur.

Azvision.az


Teqlər: Səhiyyə  





Xəbər lenti