Bakıda 10 marşrutun hərəkəti çətinləşdi

Bakıda 10 marşrutun hərəkəti çətinləşdi
  18 Fevral 2020    Oxunub:2068
Bakının Qaradağ rayonundakı “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar 117, 120, 126, 130, 164, 174, 176, 194, 206 və 211 saylı müntəzəm marşrut xətlərinin fəaliyyətində çətinliklər yaranıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumata görə, məsələ ilə bağlı daşıyıcılarla əlaqə saxlanılıb və alternativ yollardan istifadə etməklə marşrutların fasiləsiz fəaliyyətinin təmin olunması tapşırılıb.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti