Mehriban Əliyeva ötən il 8 ölkəyə səfər edib, 30-dan çox görüş keçirib

Mehriban Əliyeva ötən il 8 ölkəyə səfər edib, 30-dan çox görüş keçirib
  18 Fevral 2020    Oxunub:2393
Azərbaycan Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsində, onun dünyada siyasi nüfuzunun gücləndirilməsində də böyük xidmətləri danılmazdır.
Azvision.az xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın ötən il etdiyi 8 xarici səfəri, keçirdiyi 30-dan çox görüşü, ölkədə 12 mərkəzin açılışında iştirakı və gördüyü misilsiz işlər müqabilində aldığı mükafatlar buna sübutdur.

"2019-cu ilin avqustunda Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri təkcə onun üçün deyil, bütün xalqımız üçün əlamətdar hadisə oldu. Həmin səfər zamanı onun Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Dostluq” ordeni ilə təltif edilməsi, iyul ayında Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında BMT-nin Baş katibinin müavini Liu Cenmin tərəfindən BMT-nin rəqəmsal idarəetmənin inkişafı sahəsində xüsusi mükafatının təqdim olunması, daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi "Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilməsi onun əməyinə verilən yüksək qiymətdir. Ancaq Mehriban xanım Əliyevanın ən böyük mükafatı xalqımızın ona bəslədiyi sonsuz inam və tükənməz məhəbbətdir", -deyə məqalədə bildirilib.

Azvision.az


Teqlər: Mehriban-Əliyeva   PA  





Xəbər lenti