“Ermənistan tezliklə torpaqlarımızı tərk edəcək” - PA-nın şöbə müdiri

  18 Fevral 2020    Oxunub : 4085
 “Ermənistan tezliklə torpaqlarımızı tərk edəcək” - PA-nın şöbə müdiri
“Prezident İlham Əliyev bu il yanvarın 13-də keçirilən və 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə Azərbaycanın iqtisadi nailiyyətlərini qonşu ölkələrlə, xüsusilə Ermənistanla konkret rəqəmlər əsasında müqayisə edib”.
Azvision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” adlı məqaləsində bildirib.

“Azərbaycan Prezidentinin çıxışını hər kəsin izlədiyini nəzərə alaraq, deməliyik ki, göstərilən rəqəmlər müqayisəolunmaz dərəcədə fərqlənir və onların hamısını təkrar sadalamağa ehtiyac belə yoxdur. Azərbaycanın nailiyyətlərinin göz qabağında olduğu aydın görünür. Təkcə bir fərqi göstərmək kifayətdir ki, ordumuz dünyanın ən güclü orduları reytinqində 52-ci yerdə, Ermənistan ordusu isə 96-cı yerdədir.

Burada bir məsələni mütləq nəzərə almaq lazımdır ki, Azərbaycan bütün nailiyyətləri öz gücü, öz imkanları hesabına, apardığı düzgün iqtisadi siyasət sayəsində əldə edib. Şübhə yoxdur ki, öz işğalçılıq siyasətinin girovuna çevrilən, əslində, vassal dövlət olaraq xarici ianələr, yardımlar hesabına yaşayan Ermənistan mütləq iqtisadi cəhətdən çökəcək və qüdrətli ordumuz qarşısında tab gətirməyərək tezliklə müqəddəs torpaqlarımızı tərk edəcək”, -deyə məqalədə qeyd olunub.

Azvision.az

Teqlər: PA   Ordu   İlham-Əliyev