Bankir oğlunun ölümü ilə bağlı cinayət işi açıldı

   Bankir oğlunun ölümü ilə bağlı cinayət işi açıldı
  18 Fevral 2020    Oxunub:3727
Bakıda 16 yaşlı oğlanın ölümü ilə əlaqədar cinayət işi açılıb.
Azvision.az xəbər verir ki, fevralın 17-də paytaxtın Nərimanov rayonu, M.Araz küçəsi ev 2 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Quliyev Emil Natiq oğlunun yaşadığı evdə vəfat etməsi faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, dünyasını dəyişən Emil Quliyev “Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin oğludur. O, anasının vurduğu iynədən sonra anafilaktik şok keçirib, həkimlərin səylərinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.

Azvision.az


Teqlər: Bankir   Oğlan   Ölüm  





Xəbər lenti