MSK DSK-nın qərarını qüvvədə saxladı - Yenilənib

MSK DSK-nın qərarını qüvvədə saxladı -  Yenilənib
  18 Fevral 2020    Oxunub:3346
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında parlament seçkiləri ilə əlaqədar şikayətlərə baxılıb.
Azvision.az xəbər verir ki, müraciətlər barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, 56 saylı Xaçmaz kənd seçki dairəsindən daxil olan müraciətə əsasən, şikayətçi həmin dairənin 7 saylı məntəqəsinin nəticələrinin ləğv olunmasını xahiş edib: "Müraciət MSK-da araşdırılıb və məntəqənin nəticələrinin ləğvi üçün əsaslar olmadığı müəyyənləşib. Bu səbəbdən DSK-nın qərarı qüvvədə saxlanılmalıdır".

Daha sonra məsələ səsverməyə çıxarılıb və müvafiq qərar qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti