MSK-dan daha 3 məntəqə ilə bağlı qərar

 MSK-dan daha 3 məntəqə ilə bağlı qərar
  18 Fevral 2020    Oxunub:2721
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Milli Məclisə keçirilən seçkilərlə əlaqədar şikayətlərə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

O bildirib ki, 32 saylı Suraxanı üçüncü seçki dairəsindən daxil olan müraciətə əsasən şikayətçi həmin dairənin nəticələrinin ləğvini tələb edib: "Araşdırmanın nəticəsinə görə, protokollarda səsvermənin nəticələrinə təsir edə biləcək əsaslar müəyyən edilməyib. Yalnız 4, 8 və 9 saylı məntəqədə pozuntular müəyyənləşib. Ona görə bu məntəqənin nəticələri etibarsız hesab olunmalıdır".

Qərar səsverməyə çıxarılıb və şikayət qismən təmin olunub.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti