Bu gün nəticələri ləğv edilən seçki məntəqələri

  18 Fevral 2020    Oxunub : 3550
Bu gün nəticələri ləğv edilən seçki məntəqələri
Məzahir Pənahovun sədrliyi ilə fevralın 18-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclasda 2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb.

Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qərarlar verilib. Komissiya müxtəlif mənbələrdən əldə olunan məlumatlar əsasında Milli Məclisə seçkilər keçirilən 16 seçki məntəqəsində - 123 saylı Kəlbəcər seçki dairəsinin 16, 79 saylı İmişli seçki dairəsinin 14, 16, 21, 23 və 25, 32 saylı Suraxanı üçüncü seçki dairəsinin 4, 8 və 9, 9 saylı Binəqədi ikinci seçki dairəsinin 31 və 35, habelə 29 saylı Səbail seçki dairəsinin 1, 5, 9, 11, 17 və 25 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinin qeyri-mümkünlüyünü və seçki qanunvericiliyinin tələblərinə zidd olan digər halları nəzərə alaraq, sözügedən seçki məntəqələri üzrə səsvermənin nəticələrini ləğv edib.

Milli Məclisə seçkilərin izlənməsinə qatılan beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Azvision.az

Teqlər: MSK   Seçki   Məntəqə