Bakıda koronavirus şübhəsi ilə daha iki nəfər xəstəxanaya yerləşdirildi

Bakıda koronavirus şübhəsi ilə daha iki nəfər xəstəxanaya yerləşdirildi
  19 Fevral 2020    Oxunub:6044
Fevralın 19-da Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə iki nəfər yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.

Qeyd olunub ki, Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşları əvvəlcə Şanxay şəhərindən təyyarə ilə Rusiyanın paytaxtı Moskva şəhərinə, daha sonra isə Bakıya gəliblər:

"Bu gecə saat 3 radələrində hava limanına daxil olan tələbələr öz istəkləri ilə həkim müşahidəsi üçün Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Çinin Huancou şəhəri xəstəlik alovlanan ərazidən kənarda yerləşir. Həkim müşahidəsinə götürülən tələbələrin xəstə şəxslərlə kontaktı olmayıb.

Saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir".

Azvision.az


Teqlər: Koronovirus   Mərkəzi-Klinika   TƏBİB  





Xəbər lenti