“İnanırıq ki, deputatlar ümidləri tam doğruldacaq” - PA-nın şöbə müdiri
PA rəsmisi qeyd edib ki, bu il fevralın 9-da ölkəmizin demokratik inkişaf tarixinə yeni səhifə yazılıb: “Tam şəffaf və demokratik şəraitdə keçirilən, 59 beynəlxalq təşkilatın və 58 ölkənin 900-ə yaxın müşahidəçisinin izlədiyi parlament seçkiləri Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirdi.
Xalqımız yüksək fəallıq göstərdi və öz seçimini etdi. İnanırıq ki, VI çağırış Milli Məclisi formalaşdıracaq deputatlar onlara bəslənən ümidləri tam doğruldacaq, Azərbaycanda islahatların uğurla davam etdirilməsinə, qanunvericiliyin ölkənin artan inkişaf sürətinə uyğunlaşdırılmasına, hüquqi dövlətin daha da möhkəmlənməsinə öz töhfələrini verəcəklər”.
Azvision.az
Teqlər: PA