MSK sədrindən bülletenlərin seyfdə saxlanılmasına münasibət

 MSK sədrindən bülletenlərin seyfdə saxlanılmasına münasibət
  19 Fevral 2020    Oxunub:2556
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 47 saylı Mingəçevir seçki dairəsində bülletenlərin seyfdə saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

Azvision.az -ın məlumatına görə, MSK sədri bildirib ki, bülletenlər çox etibarlı yerdə saxlanılmalıdır.
"Bülletenlər lazım olduqca çıxarılıb istifadə olunmalıdır. Bülletenlərin seyfə qoyulması məsələsini mübahisələndirilə bilməz. Hamının gözü qarşısında olması mübahisələndirilə bilər. Hesab edirəm ki, bülletenlər elə seyfdə saxlanılmalıdır".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti