Azərbaycandakı uzunömürlülər "Ginnesin Rekordlar Kitabı"na niyə salınmır?

   Azərbaycandakı uzunömürlülər "Ginnesin Rekordlar Kitabı"na niyə salınmır?
  20 Fevral 2020    Oxunub:3150
Azərbaycandakı uzunömürlülərin "Ginnesin Rekordlar Kitabı"na salınmamasının səbəbi açıqlanıb.
Azvision.az -ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, "Ginnesin Rekordlar Kitabı"na yalnız yaşının verifikasiyası aparılan şəxslər daxil edilə bilər.

İnstitut direktorunun sözlərinə görə, "Ginnesin rekordlar kitabı"na düşən ən uzunömürlü insanın 117 yaşı var: “Bu kitaba Azərbaycan uzunömürlülərinin düşməsi üçün ən aşağı yaş həddi 118-dir. Hələ ki, ölkəmizdə yaşı verifikasiya olunmuş və sənədlə təsdiq edilmiş 118 yaşlı uzunömürlü yoxdur”.

Qeyd edək ki, Azərbaycanda yaş verifikasiyası aparılmış uzunömürlülər içərisində ən yaşlı insan Lənkəran rayon Sütəmurdov kənd sakini 104 yaşlı Mirzadə Cabbarovadır.

Azvision.az



Teqlər: AMEA   Ginnes   Rekord   Kitab  





Xəbər lenti