Armen Tavadyanın həbs müddəti uzadıldı

Armen Tavadyanın həbs müddəti uzadıldı
  20 Fevral 2020    Oxunub:2894
İrəvanın ümumi yurisdiksiya məhkəməsi "5-ci" kanalın sahibi Armen Tavadyanın həbs müddətini uzadıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hakim Mnatsakan Martirosyanın sədrliyi ilə keçirilən prosesdə müstəntiqin vəsatəti dəstəklənib.

Tavadyanın vəkili Aram Orbelyanın sözlərinə görə, kanal rəhbəri daha iki ay həbsdə qalacaq. Vəkil müdafiə tərəfinin girov müqabilində həbsdən azad edilməklə bağlı müraciət etdiyini, lakin rədd cavabı aldıqlarını vurğulayıb.

Xatırladaq ki, Armen Tavadyan şahid və zərərçəkmişlərə yalan ifadələr vermələri üçün rüşvətvermə maddəsi ilə ittiham olunur. Eyni cinayət işində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın tərəfdarı olduğu iddia edilən Varujan Mkrçtyan da təqsirli bilinir.

Polisin yaydığı videoda görünür ki, o, zərərçəkmişlərə 1 mart hadisələrinə görə ifadə verməkdən imtina etmələri müqabilində rüşvət təklif edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Həbs  





Xəbər lenti