103 nəfər Lassa qızdırmasından öldü

103 nəfər Lassa qızdırmasından öldü
  20 Fevral 2020    Oxunub:2629
Bu ilin əvvəlindən Nigeriyada 103 nəfər Lassa qızdırmasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə “Nation” nəşri ölkənin Xəstəliklərə Nəzarət Mərkəzinə istinadən məlumat yayıb.

Hazırda 586 nəfərin Lassa qızdırmasına yoluxduğu təsdiq edilib. Ən çox yoluxma halı Nigeriyanın Edo, Ondo və Eboniyi ştatında qeydə alınıb. Qızdırmaya yoluxanlar arasında tibbi işçiləri də var.

Xatırladaq ki, Lassa qızdırması tənəffüs sistemini, böyrəkləri, mərkəzi sinir sistemini zədələyən yoluxucu xəstəlikdir. İnfeksiyanın əsas daşıyıcısı Afrika siçovullarıdır.

Azvision.az


Teqlər: Lassa   Qızdırma   Xəstəlik  





Xəbər lenti