200 avtomobil toqquşdu, 69 nəfər yaralandı

 200 avtomobil toqquşdu, 69 nəfər yaralandı
  20 Fevral 2020    Oxunub:2242
Kanadanın Monreal şəhərində 200 avtomobilin iştirakı ilə baş vermiş qəzada 69 nəfər yaralanıb.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, zəncirvari qəza əlverişsiz hava şəraiti səbəbindən qeydə alınıb.

Məlumata görə, qəza zamanı iki nəfər həlak olub. Hadisə yerindən təxminən 150 nəfər təxliyə edilib, 50-dən artıq avtomobil yararsız vəziyyətə düşüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kanada   Qəza   Avtomobil  





Xəbər lenti