İtkin düşən əsgərin meyiti neytral ərazidən götürülüb

  20 Fevral 2020    Oxunub : 1974
 İtkin düşən əsgərin meyiti neytral ərazidən götürülüb
Bir müddət əvvəl itkin düşmüş Azərbaycan əsgərinin meyiti neytral ərazidən götürülüb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın Azvision.az -a verdiyi məlumata görə, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin meyiti Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Əsgər   BQXK