“Koronavirusun İrandan Azərbaycana yayılma ehtimalı yoxdur” - Baş infeksionist

 “Koronavirusun İrandan Azərbaycana yayılma ehtimalı yoxdur” -  Baş infeksionist
  20 Fevral 2020    Oxunub:3664
“Koronavirusun İrandan Azərbaycana yayılma ehtimalı yox dərəcəsindədir”.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib.

Onun sözlərinə görə, virus kütləvi şəkildə yayılmadığına görə Azərbaycan üçün təhlükə yoxdur: "İranda bu virusa yoluxan insanlar ölkədə başqalarını yoluxdurmayıblar. Çünki onlar nəzarətdə saxlanılır. Qonşu ölkədə virusun aşkarlanması o demək deyil ki, başqa regionlara da yayıla bilr. Gərək İranda kütləvi formada yayılsın ki, onlardan da bizə keçsin. Belə ehtimal olmadığına görə, bizim üçün təhlükəli deyil”.



Baş infeksionist əlavə edib ki, təkcə İrana deyil, virusun yayıldığı ölkələrə gedənlər bununla mübarizə aparmalıdırlar: “Əllər müntəzəm yuyulmalı, yeyilən qidalara diqqət yetirilməli, insanların çox olduğu yerlərdən uzaq durulmalıdır. Yalnz koronavirusla deyil, digər viruslardan da qorunmaq lazımdır. İnsanlar şübhələndikləri adamlarla təmasdan çəkinməlidirlər”.

Qeyd edək ki, ötən gün İranda koronavirusa yoluxan iki nəfər dünyasını dəyişib. Ölümcül virusun qonşu ölkədə aşkarlanması Azərbaycan üçün də təhlükəli hesab edilir.

Şəhanə Rəhimli
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti