Xəstələr həkimə birbaşa müraciət edəcəklər - Göndəriş ləğv edilir

Xəstələr həkimə birbaşa müraciət edəcəklər -  Göndəriş ləğv edilir
  20 Fevral 2020    Oxunub:3185
"Apardığımız araşdırmalara görə, vətəndaş bəzi ixtisaslar üzrə ailə həkiminin göndərişi olmadan birbaşa ixtisas həkiminə müraciət edilə bilər"
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, həmin ailə həkiminin bu sahə üzrə yetəri qədər bilik və bacarıqları olmaya bilər: "Vətəndaşı buna görə əziyyətə salmamaq üçün o, birbaşa olaraq müştərək maliyyələşmə məbləği ödəmədən ixtisas həkiminə müraciət edə bilər. Biz bununla bağlı yaxın zamanlarda məlumat verəcəyik ki, vətəndaş hansı ixtisaslar üzrə ailə həkiminə müraciət etmədən həkimə birbaşa müraciət edə bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Həkim   Xəstə  





Xəbər lenti